“Rusiya bu torpağa nüvə silahı yerləşdirir”
Bizi izləyin

Dünya

“Rusiya bu torpağa nüvə silahı yerləşdirir”

Rusiya Krımda nüvə potensialının elementlərini yerləşdirir.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Pyotr Poroşenko Çernobıl qəzasının 30-cu ildönümü ilə bağlı keçirilən tədbirdə deyib.

“Aprelin əvvəlində Vaşinqtonda keçirilən nüvə təhlükəsizliyi üzrə sammitdə bu məsələyə toxundum və bu gün də təkrarlayıram ki, Kreml işğal edilmiş Krımda nüvə potensialının elementlərini yerləşdirir”, - Poroşenko bildirib.

Bundan başqa, Pyotr Poroşenko qeyd edib ki, mümkün nüvə terrorizminə qarşı mübarizə beynəlxalq səviyyədə uyğunlaşdırılmalıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm