Rusiya İranın müdafiə qabiliyyətini gücləndirir
Bizi izləyin

Dünya

Rusiya İranın müdafiə qabiliyyətini gücləndirir

Rusiya İranla silah satışı üzrə yeni müqavilələr bağlaya bilər.

Publika.az “Kommersant” nəşrinə istinadən xəbər verir ki, bu haqda Rusiya Hərbi-texniki Əməkdaşlıq üzrə Federal Xidmətin direktoru Aleksandr Fomin deyib.

Onun sözlərinə görə, İrana S-300 və digər silahların çatdırılması üzrə yeni müqavilələrin bağlanmasını istisna etmir. Aleksandr Fomin qeyd edib ki, söhbət Birləşmiş Millətlər Təşkilatının satışına icazə verdiyi silahlardan gedir.

Bura hava hücumundan müdafiə sistemləri, radiolokasiya sistemləri və radio kəşfiyyat cihazları daxildir. Fominin sözlərinə görə, yeni sazişlərlə əlaqədar İranla danışıqlar aparılır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm