Dünya
Ərdoğandan xüsusi QARABAĞ TƏLİMATI
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 25-də Azərbaycana səfər edən zaman, onu müşayiət edən 30-a yaxın türkiyəli jurnalistə Qarabağla bağlı təlimat verib.
Publika.az-ın əldə etdiyi məlumata görə, Prezident Rəcəb Tayyib Ərdoğan Heydər Əliyev adına Beynəlxalq Hava Limanından onun üçün nəzərdə tutulan məkana gedən zaman Türkiyədən gələn jurnalistlərlə qısa görüş keçirib.
Görüş zamanı Ərdoğan jurnalistlərə müraciət edərək deyib ki, qardaş Azərbaycan dövləti Türkiyə üçün çox əhəmiyyətlidir.
Daha sonra Ərdoğan Azərbaycanın Qarabağla bağlı haqq səsinin müdafiəsində və dünyaya çatdırılmasında türkiyəli jurnalistlərdən köməklərinin əsirgəməməsini xahiş edib.
Türkiyədən gələn jurnalistlərlə söhbəti zamanı Ərdoğan deyib: “Son günlər Ermənistan Azərbaycana qarşı hərbi təxribatlara əl atır, işğalçılıq siyasəti yürüdür. Ancaq dünya mediası bunu susqunluqla qarşılayır. İstəyirəm ki, siz də Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında yaxından iştirak edəsəniz və dəstəyinizi əsirgəməyəsiniz. Bütün işlərinizdə də sizlərə uğurlar arzu edirəm”.
Vasif Həsənli
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb