Dünya
Faciədən bir an öncə: Dəhşət anı kameralarda... – FOTOLAR
İtaliya sahillərində qaçqınları daşıyan qayıq batıb.
Publika.az BBC-yə istinadən xəbər verir ki, qayığın çevrilməsi anı İtaliyanın Hərbi-Dəniz Qüvvələri tərəfindən qeydə alınıb. İtaliya donanması 562 insanı xilas etməyi bacarıb. Beş nəfərin cəsədi tapılıb.
Güman edildiyinə görə, qayıqda həddən artıq insan olub və hər an batmaq təhlükəsi ilə üzləşib. İnsanlar uzaqdan xilasetmə gəmisini görərək qayığın bir tərəfinə yığışmağa başlayıblar və bu da onun çevrilməsinin səbəbi olub.
Qayıqlar böyük miqdarda insanın daşınması üçün nəzərdə tutulmadığından, belə faciələr tez-tez baş verir. Son günlər ərzində Avropaya qeyri-leqal marşrutla çatmağa çalışan 6000 miqrant Aralıq dənizində batmaqdan xilas edilib.
Humanitar təşkilatların nümayəndələrinin sözlərinə görə, miqrantlarla bağlı Avropa Birliyi və Türkiyə arasında razılaşmanın qüvvəyə minməsindən sonra Liviya və İtaliya arasındakı dəniz yolu miqrantların Avropaya çatması üçün əsas yol olub. Əvvəllər miqrantların çoxu Egey dənizi vasitəsilə Yunanıstana keçirdi.
Ömər Dağlı
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO