Əməliyyatlar başa çatdı – 495 terrorçu öldürüldü – VİDEO
Bizi izləyin

Dünya

Əməliyyatlar başa çatdı – 495 terrorçu öldürüldü – VİDEO

Türkiyənin Mardin vilayətinin Nusaybin mahalı PKK terrorundan təmizlənib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, PKK-ya qarşı əməliyyatlar 82-ci günündə başa çatıb.

“Qırğı-7” əməliyyatı 14 mart tarixində başlamışdı.

Mardin valiliyindən verilən məlumata görə, əməliyyatların gedişatında 495 terrorçu öldürülüb, 70 təhlükəsizlik əməkdaşı şəhid olub. Bu müddət ərzində 508 barrikada dağıdılıb, 52 xəndək doldurulub, 1213 əl istehsalı olan partlayıcı məhv edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm