NATO qoşunları ilk dəfə Rusiyanın şimal sərhədində
Bizi izləyin

Dünya

NATO qoşunları ilk dəfə Rusiyanın şimal sərhədində

NATO qoşunları “Baltops 2016” təlimlərinin dəniz mərhələsi çərçivəsində ilk dəfə Finlandiya ərazisinə girəcək.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, ittifaq gücləri üç gün ərzində ölkə ərazisində döyüş tapşırıqlarını yerinə yetirəcəklər

Hərbi təlimə ABŞ-ın desant piyada döyüş maşınları, o cümlədən ABŞ dəniz piyada qoşununun 200, Britaniyanın 60, Almaniyanın 50 hərbçisi və İtaliyanın kəşfiyyat bölüyü qatılacaq.

“Baltops 2016” Baltika dənizində ən böyük illik hərbi təlimdir və sayca 44 dəfə keçirilir. İyunun 3-də başlanan təlim iyunun 19-dək davam edəcək. Finlandiya “Baltops” təlimlərindən artıq iyirmi ildir iştirak edir. Amma bu il ilk dəfə təlimlərin bir hissəsi onun ərazisində keçirilir.

“Baltops 2016” təlimlərinə NATO üzvləri və partnyorları olmaqla ümumilikdə 18 ölkənin Hərbi-Dəniz Qüvvələri, o cümlədən təxminən 4500 hərbçi, 50 gəmi və 60 təyyarə cəlb olunub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm