Dünya
Ermənistan ordusunda generalların savaşı: Sarkisyan devrilə bilər
Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş
ərazilərində yaradılan qondarma “DQR”-in keçmiş “müdafiə naziri”
Samvel Babayanın xaricdən ölkəsinə dönməsi düşmən ölkəndə daxili
siyasi intriqanı gücləndirib.
Publika.az xəbər verir ki, S.Babayanın qondarma
“DQR”-in yenidən “müdafiə naziri” təyin olunması təklifləri
səsləndirilir. Bir neçə gün öncə Xankəndində minlərlə insan
Babayanın bu vəzifəyə gətirilməsi tələbi ilə çıxış edib.
Bu tələblə çıxış edən deputat Ayk Xanumyan “DQR” “rəhbəri” Boko
Sakyanın bandası tərəfindən döyülüb.
Ermənistan mediasına yayılan xəbərlərə görə, İrəvan hakimiyyəti
S.Babayanın ordunu öz tərəfinə keçirəcəyindən qorxur. Məlumata
görə, onun iyunun 5-də Xankəndinə gələrək, “dördgünlük müharibədə”
məğlubiyyətə görə hakimiyyəti sərt tənqid etməsi, ardınca
insanların ona dəstək aksiyası keçirməsi Sarkisyan hakimiyyəti
tərəfindən narazılıqla qarşılanıb.
Hazırda hakimiyyət Babayanı neytrallaşdırmaq üçün ona qarşı
müxtəlif üsullara əl atmağı planlaşdırır. İddialara görə, Babayana
qarşı cinayət işi açıla bilər.
“Epress” saytı Ermənistan ordusu içində dəri çatların
yarandığını yazıb.
“Xüsusilə aşağı rütbəli zabitlər Babayanı dəstəkləyir. Çünki
onlar da yuxarı rütbəli zabitlərin özbaşınalığından bezib. Bu
vəziyyət ordu içində mənfi tendensiyalara yol aça bilər”, - deyə
sayt bildirib.
“Veteranlar ittifaqı”nın üzvü Samvel Ovsepyan da Babayanın
müdafiəsinə qalxıb və bildirib ki, Müdafiə Nazirliyi suallara cavab
verməlidir: “Çünki heç kəs deyə bilməz ki, müharibə başa çatdı.
Əksinə müharibə yenidən davam edəcək. Buna görə də hər kəs səhvinin
cavabını verməlidir”.
Ovsepyan dolayısı ilə veteranların da Babayanı dəstəklədiklərinə
diqqət çəkib.
Asif
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO