Krım ilhaq olunmasaydı... - Alternativ ssenari - VİDEO
Bizi izləyin

Dünya

Krım ilhaq olunmasaydı... - Alternativ ssenari - VİDEO

Rusiyanın RT informasiya kanalı Krımda 2014-cü ilin martında hadisələrin inkişafının alternativ ssenarisinin modelini hazırlayıb.

Publika.az xəbər verir ki, kanal yarımadanın Ukrayna hakimiyyətinin nəzarəti altında qalacağı halda hadisələrin inkişafını proqnozlaşdırmağa çalışıb və videoçarx hazırlayıb.

Videoçarxda göstərilir ki, ata və oğul Sevastopolda RT kanalının xəbərinə baxır.

Xəbərə görə, Ukrayna prezidenti vəzifələrini icra edən Aleksandr Turçinov referendumdan sonra yarımada ərazisində fövqəladə vəziyyət rejimini elan edir və Krıma Ukrayna qoşunları daxil olur. Süjetə uyğun olaraq Rusiya hadisələrə qarışmayacağını açıqlayır.

Çarxın müəllifləri Ukraynanın “Sağ sektor” təşkilatının döyüşçüləri tərəfindən rusdilli əhalinin döyülməsindən, Simferopolda Həmkarlar İttifaqlarının Mədəniyyət Sarayında yanğından danışır. Süjetə görə, Krımda anti-Maydanın 40-dan çox iştirakçısı həlak olur.

RT sonra göstərir ki, Ukrayna və Gürcüstan Abxaziya və Cənubi Osetiyaya qarşı birgə hərbi əməliyyata başlayır. Bir müddətdən sonra Krım sakinlərini Rusiya ilə vuruşmağa göndərirlər, hərbi tribunal isə fərarilik edənləri mühakimə edir. Nəticədə yarımadada hakimiyyətlə silahlı mübarizəyə başlayan qoşun yaranır.

Bundan sonra oğul “noutbuk”u bağlayır və qoşuna daxil olmaq barədə qərar qəbul edir.

“İyun 2016. Biz başqa xəbərləri danışmağa şadıq!”, - çarxın sonunda deyilir və Krım sakinlərinin Rusiya Gününü bayram etdiyi göstərilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm