ABŞ-ı qana bulayan təşkilatın adı məlum oldu
Bizi izləyin

Dünya

ABŞ-ı qana bulayan təşkilatın adı məlum oldu

ABŞ-ın Florida ştatının Orlando şəhərində gecə klubunda terror aktı törədən Omar Matinin İŞİD terror qruplaşmasına bağlı olduğu üzə çıxıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, onun hücumdan 20 dəqiqə əvvəl “911” təcili xidmət xəttinə zəng edərək İŞİD-ə sədaqət andı içdiyi məlum olub.

İŞİD terror qruplaşması da gecə klubuna hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

“Amerikanın Orlando şəhərində gey klubuna silahlı hücumda 100-dən çox insan həlak olub və yaralanıb. Hücum “İslam dövləti”nin döyüşçüsü tərəfindən həyata keçirilib”, - agentlik terrorçuların bəyanatından sitat gətirir.

Səlahiyyətlilər bildirirlər ki, Matin İŞİD-ə rəğbət göstərməkdə şübhəli bilinən və bir neçə yüz nəfərin daxil olduğu siyahıda idi. Məlumata görə, Matin şəxsi mühafizəçi kimi işləyirdi. Cinayətkar hücumu həyata keçirmək üçün Orlandaya kirayə götürdüyü maşınla gedib.

Qeyd edək ki, bu gün Orlando şəhərində yerləşən “Pulse” gecə klubunda törədilən terror aktı nəticəsində 50 nəfər ölüb, 53 nəfər yaralanıb. Bu gecə klubu qeyri-ənənəvi oriyentasiyaya malik insanların toplaşdığı məkan olub.

Terror aktının əfqan mənşəli amerikalı Omar Matin tərəfindən törədildiyi bildirilir. Onun atasının mətbuata verdiyi açıqlamaya görə, oğlu terror aktını qeyri-ənənəvi oriyentasiyaya malik insanlara nifrət etdiyi üçün törədib. “NBC News”a danışan Mir Seddikin sözlərinə görə, oğlu bir neçə ay əvvəl Mayamidə öpüşən kişilər görüb.

Onun sözlərinə görə, Matin kişilərin onun arvadı və oğlunun gözləri qarşısında öpüşməsi və qucaqlaşmasından hirslənib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm