İŞİD-in strateji məntəqəsi mühasirəyə alındı - VİDEO
Bizi izləyin

Dünya

İŞİD-in strateji məntəqəsi mühasirəyə alındı - VİDEO

Suriyanın şimalında strateji əhəmiyyət daşıyan Menbiçin İŞİD-dən təmizlənməsi üçün həyata keçirilən əməliyyat əsas mərhələyə qədəm qoyub.

Publika.az Türkiyənin “Hürriyyət” nəşrinə istinadən xəbər verir ki, “Demokratik Suriya Gücləri”nin apardığı əməliyyatda Menbiçin ətrafındakı bütün kəndlər İŞİD-dən təmizlənib.

Qarşıdurmalarda İŞİD-in Menbiç “əmir”i sağ tutulub. Terror qruplaşmasının 48 döyüşçüsü öldürülüb. Əməliyyata ABŞ-ın başçılıq etdiyi koalisiya gücləri havadan dəstək verir.

Hazırda şəhərin girişində şiddətli döyüşlər gedir.

Ömər Dağlı


Menbiç'in Etrafındaki Tüm Köyler Işid'den... by haberler

Oxumağa davam et
Reklam
Reklam

Gündəm