“İŞİD-lə müharibə”nin 3 hədəfi
Bizi izləyin

Dünya

“İŞİD-lə müharibə”nin 3 hədəfi

Son bir ayda İraq və Suriyada beynəlxalq güclərin dəstəyi ilə İŞİD-ə qarşı həyata keçirilən əməliyyatlar sürəti və zamanlaması ilə diqqət çəkir. İraq ordusu Fəllucədən sonra Mosula, Əsəd isə Rakkadan sonra Tabqaya yönələcək.

Publika.azxəbər verir ki, “Zaman” nəşrinə danışan Sakarya Universiteti müəllimi, professor Əbubəkr Sofuoğlu əməliyyatların “üst ağlın işi” olduğunu söyləyib.

Onun sözlərinə görə, əməliyyatlarla 3 əsas məqsədə çatmaq istəyirlər: “Birincisi, islam dünyası ilə Türkiyənin quru əlaqəsini kəsmək istəyirlər. Bunun üçün isə Türkiyənin cənubuna terror təşkilatlarının əli ilə sədd çəkirlər. İkincisi, yeni dövlətlər yaradaraq “Sykes-Picott”dan sonra daha bir xəritə çəkmək istəyirlər. Üçüncüsü isə İsraili böyütməkdir. Ən böyük məqsəd də budur. İŞİD İsrailə hücum edəcək və İsraili bölgəyə çəkəcək, nəticədə İsrail böyük torpaqlar qazanacaq. İŞİD-in təmizlənməsi adı altında İsrailin həm Sinay yarımadası, həm də Türkiyənin cənubuna doğru böyüdülməsinə çalışırlar”.

Əbubəkr Sofuoğlu qeyd edir ki, Suriyada güclü müxalifətin varlığı Türkiyə və Səudiyyə Ərəbistanının təsirli olması anlamına gəlirdi. Professor bildirir ki, bu vəziyyət ABŞ və Rusiyanın işinə yaramır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm