Dünya
PKK-dan terror AÇIQLAMASI
PKK terror təşkilatının hərbi qanadının nümayəndəsi PKK-nın İstanbulun Atatürk hava limanında törədilən terror aktı ilə əlaqəli olması iddiaları təkzib edib.
Bu barədə APA “RİA Novosti”yə istinadən xəbər verir.
“PKK dinc sakinlərə qarşı, xüsusilə də təsadüfən yoldan keçənlərə qarşı terror aktları törətmir. Onların əksəriyyəti heç Türkiyə vətəndaşı da deyil və PKK-nın mübarizəsi ilə heç bir əlaqəsi yoxdur. Biz yalnız türkiyəli hərbçi və xüsusi təyinatlılarla dağlarda mübarizə aparırıq, biz aeroportlarda və digər dinc obyektlərdə partlayışlar törətmirik”, - deyə o bildirib.
O həmçinin əlavə edib ki, PKK heç vaxt terrorçu-kamikadzelərdən istifadə etmir. PKK-çı terror aktının İŞİD-in və digər radikal qruplaşmaların dəsti-xətti olduğu qeyd edib.
Qeyd edək ki, İstanbulun Atatürk hava limanında terror aktları nəticəsində 36 nəfər ölüb, 147 nəfər yaralanıb.
-
Sosial21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Magazin120:36
"Həcim olsaydı, dərdim nə idi?" - Müğənnidən qalmaqallı açıqlama - VİDEO
-
MDB19:50
Rusiyadan Qərbə xəbərdarlıq
-
Magazin119:40
Nadirin səhhətində problem yarandı - AÇIQLAMA
-
Ekologiya18:45
Hava ilə bağlı XƏBƏRDARLIQ
-
Nida Xəbər 18:15
Ermənistanla sərhəddə 40 dirək quraşdırıldı
-
Sosial17:38
Bakı dünyanın İdman Paytaxtı seçildi