Putinə verilən təklifin DETALLARI
Bizi izləyin

Dünya

Putinə verilən təklifin DETALLARI

ABŞ-ın “The Wall Street Journal” qəzeti Rusiya və ABŞ-ın Suriya üzrə mümkün sazişinin detallarını əldə edib.

Publika.az xəbər verir ki, ABŞ Moskvadan Suriya Hərbi Hava Qüvvələrinin uçuşlarının qadağan edilməsi üçün Bəşər Əsəd rejiminə təzyiq göstərilməsini istəyir.

Nəşr məlumatlı məmurlara istinadən bildirir ki, bu xahiş Suriyada Rusiya-ABŞ əməkdaşlığına əsas yaradacaq təklifin elementlərindən biridir. Dünən Amerikanın “Washington Post” nəşri yazıb ki, ABŞ prezidenti Barak Obama Rusiyaya Suriya üzrə yeni razılaşmanı təklif edib.

Təklifin tərəfdarları deyirlər ki, bu, müxalifətin bombalanmasına son qoyacaq. Vaşinqtonda hesab edirlər ki, Əsəd müxalifəti bombalayır.

Amerikalı məmurlar deyirlər ki, əgər Rusiya Dəməşq rejimini Hərbi Hava Qüvvələrinin uçuşlarını qadağan etməyə məcbur edərsə, Pentaqon məhz İŞİD və “Ən-Nüsra” Cəbhəsi qruplaşmalarının mövqelərinin müəyyənləşdirilməsi üzrə Moskvaya kömək göstərəcək. Adının çəkilməsini istəməyən məmur qeyd edib ki, ABŞ bu təklifi Rusiya tərəfinə verib və cavabın günlər, hətta həftələr sonra veriləcəyi gözlənilir.

“Məncə, hələ məlum deyil, ruslar bunu istəyəcəklərmi?”, - o, deyib.

Məmur əlavə edib ki, ABŞ-ın müdafiə naziri Eşton Karter Suriyada əməliyyatların Rusiya ilə koordinasiyası ideyasına ehtiyatla yanaşır. Onun sözlərinə görə, hələ anlaşılmazdır ki, ABŞ Moskvanı hansı ölçüdə ətraflı informasiya ilə təchiz etməyə başlayacaq.

ABŞ Dövlət Administrasiyasından bildiriblər ki, təklif qəbul olunsa belə, Obama Əsədin istefası haqqında tələblərini geri çəkməyəcək. Administrasiyadan bildirirlər ki, təklif Obamanın faktiki güzəştidir. Qeyd edilir ki, bu, Rusiyanın Suriya müharibəsinə qanunauyğunluq verəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm