Dünya
ABŞ-dan Rusiyaya növbəti sanksiya
Vaşinqton Rusiyanın nüvə obyektlərinin mühafizəsinin gücləndirilməsi üçün nəzərdə tutulan işlərin maliyyələşdirilməsini dayandırıb.
Publika.Az – ın verdiyi xəbərə görə, bu barədə “Kommersant.ru” saytı yazıb.
Saytın yazdığına görə, ABŞ Energetika Nazirliyinin nümayəndəsi Bill Qibbons təmsil etdiyi qurumun bütün bölmələrinin Rusiya ilə birgə həyata keçirilən layihələri təkrar nəzərdən keçirməyə başladığını bildirib. O, bu layihələrdən birinin də Rusiyanın nüvə kömpleksinə maliyyə və texniki yardımla bağlı olduğunu bildirib.
“Biz Rusiya Federasiyası nüvə obyektlərinin fiziki müdafiəsi üzrə bütün işləri dayandırmışıq. Hazırda həmin nüvə obyektlərində lazımı avadanlıqların 40-70 faizə qədər hissəsi qurulub. Amma işləri təxirə salmaq lazım gələcək”, - ABŞ Dövlət Administrasiyasının nüvə təhlükəsizliyi üzrə nümayəndəsi Enn Harrinqton bildirib.
Qeyd edək ki, Ukraynanın şərqində baş verən son hadisələrə görə, Ağ Ev Rusiyanı ittiham edib. "Bizdə tutarlı sübutlar var ki, Ukraynanın 3 şəhərində hökumət binalarını ələ keçirən rusiyapərəst nümayişçilər yerli sakinlər deyil, onlar bu hərəkəti pul müqabilində həyata keçirən kənar şəxslərdir," - deyə bəyanatda bildirilir.
Bəyanatda qeyd olunub ki, Rusiya Ukraynanın şərqində gizli və ya aşkar şəkildə fəaliyyətlərini genişləndirsə, bu, ciddi provokasiya kimi qiymətləndiriləcək.
Ömər Dağlı
-
Sosial21:00
Bakıda möhtəşəm Zəfər atəşfəşanlığı
-
Sosial20:40
20 əsgəri ölümdən qurtaran SADİQ
-
Nəqliyyat19:10
Noyabrın 10-dan bu marşrutlar pulsuz olacaq
-
Dünya18:50
Türkiyədə güclü zəlzələ oldu
-
Magazin218:40
7 illik evliliyi bitirən səbəb: Ebru Şallının ərindən şok ittiham
-
Nida Xəbər 17:47
Vətən müharibəsi iştirakçısı yüksək vəzifəyə təyin edildi
-
Nida Xəbər 16:39
Azərbaycan XİN-dən Fransaya çağırış
-
Magazin116:17
Pərvin Abıyeva paylaşımı ilə diqqət çəkdi - FOTO