ABŞ-dan Rusiya sərhədlərində güc nümayişi
Bizi izləyin

Dünya

ABŞ-dan Rusiya sərhədlərində güc nümayişi

İyulun 18-də ABŞ və Ukrayna birgə hərbi təlimlərə başlayacaq.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Ukrayna Müdafiə Nazirliyinin mətbuat katibi Oksana Qavrilyuk brifinqdə bildirib.

“Sea Breeze” hərbi təlimləri Odessa və Nikolayev vilayətlərində, həmçinin Qara dənizin şimali-qərb hissəsində keçiriləcək. Təlimlərin gedişatında Qara dəniz regionunda təhlükəsizlik səviyyəsinin yüksəldilməsi, həmçinin Ukraynanın hərbi dəniz qüvvələri və NATO ölkələrinin donanmaları arasında uyğunluğun yüksəldilməsi planlaşdırılır.

Daha əvvəl təsdiq edilmiş plana əsasən, iyun-oktyabr aylarında “Sea Breeze” təlimləri çərçivəsində ABŞ və NATO-nun digər üzvlərinin 2 min hərbi qulluqçusu, həmçinin 15-ə qədər gəmi, beş sualtı qayıq, 12 təyyarə və vertolyot, təkərli hərbi texnikanın 100-ə qədər vahidi Ukrayna ərazisinə daxil olacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm