Gürcüstandan Moskvanı qəzəbləndirəcək NATO QƏRARI
Bizi izləyin

Dünya

Gürcüstandan Moskvanı qəzəbləndirəcək NATO QƏRARI

Gürcüstan Mərkəzi Seçki Komissiyası NATO-ya giriş üzrə referendum keçirməkdən imtina edib.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə "Kartuli Dasi" partiyasının lideri Condi Baqaturiya jurnalistlərə bildirib.

Partiya referendumun 8 oktyabrda keçirilməsi təşəbbüsü ilə çıxış etmişdi.

“Təəssüf ki, Mərkəzi Seçki Komissiyası aktual bir məsələ üzrə referendumun keçirilməsi haqqında bizim təşəbbüsümüzü rədd etdi. Son illərdə Gürcüstan əhalisinin NATO-ya münasibəti əhəmiyyətli dərəcədə dəyişdi. Bu gün həmvətənlərimizin çoxu arzu edirlər ki, Gürcüstan hərbi bloklara daxil olmasın və neytral ölkə olsun”, - partiya sədri qeyd edib.

O, bildirib ki, partiyası Mərkəzi Seçki Komissiyasının qərarından məhkəməyə şikayət etmək niyyətindədir.

Parlamentinin sabiq spikeri Nino Burcanadzenin lideri olduğu “Demokratik Gürcüstan” Partiyası da hərbi bloklara qoşulmamaq kursunu dəstəkləyir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm