Dünya
Rus əsgər Gümrüdən qaçdı: ermənilər qorxu içindədir
Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasında
əsgərlərdən biri fərarilik edib.
Publika.az Ermənistan mediasına istinadən xəbər
verir ki, fərari əsgərin silahı ilə birlikdə qaçdığı deyilir.
Gümrüdə silah səslərinin eşidilməsi də əsgərin qaçması ehtimalını
gücləndirib.
Lakin Ermənistan polisinin mətbuat katibi Açot Aqaronyan Gümrüdə
atəş səslərinin eşidilməsini təkzib edir.
“Gümrüdə atəş səslərinin eşidilməsi haqda deyilənlər doğru deyil.
Gümrü bazasından bizə verilən məlumata görə, bazadan heç bir silah
yoxa çıxmayıb”, - deyə o bildirib.
“Lragir” saytı isə yazır ki, polis silah səslərinin eşidilməsini
təkzib etsə də, əsgərin qaçması xəbərini inkar etməyib.
“Görünür, əsgər silahsız qaçıb”, - deyə sayt yazıb.
Daha sonra sayt sonuncu dəfə 2015-ci ilin 12 yanvarında hərbi
qulluqçu Valeri Permyakovun bazadan qaçdığını və bir ailənin 7
üzvünü qətlə yetirdiyini xatırladıb.
Asif
-
Sosial21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi