Dünya
ŞOK AÇIQLAMA: “Krımın Rusiyaya aid olduğunu tanıyacam”
ABŞ prezidentliyinə namizəd, milyarder Donald Tramp Krım problemi ilə bağlı sensasion açıqlama verib.
Publika.az xarici mediaya istindən xəbər verir ki, Tramp Krımının Rusiyaya aid olduğunu bəyan edib.
Donald Tramp deyib ki, əgər prezident seçilsə, Krımın Rusiyaya aid olduğunu tanıyacaq: “Krımdakı əhali Rusiya ilə bir yerdə olmaq istəyir. Krım əhalisi Ukrayna əvəzinə Rusiyanı seçib və ABŞ olaraq biz də bu seçimə hörmət etməliyik. Mən prezident seçilsəm, Krımın artıq Rusiyaya aid olduğunu rəsmən tanıyacam”.
İŞİD terror təşkilatı ilə mübarizə məsələsinə də toxunan D.Tramp qeyd edib ki, ABŞ İŞİD-ə qarşı Rusiya ilə birgə hərəkət etməlidir: “Əgər Rusiya ilə əməkdaşlığımız olsa, ruslar bizə İŞİD-lə daha effekti mübarizə aparmaqda, ən nəhayət bu terror təşkilatından xilas olmaqda yardım edə bilərlər. İndiyədək İŞİD çox sayda insanların ölümünə səbəb olub. Ancaq nə qədər vəsait sərf olunsa da, İŞİD-in kökünü kəsmək mümkün olmayıb. Hesab edirəm ki, ABŞ İŞİD-lə mübarizədə Rusiya ilə bir yerdə hərəkət etməlidir”.
Vasif Həsənli
-
Sosial17:11
Sabiq qərargah rəisi saxlanıldı
-
Maraq dünyası16:20
2 bürc gələcəyi görür - Xüsusi istedadları var
-
MDB15:28
Rusiya dəstəyi dayandırdı: Pulsuz qalıblar
-
Sosial14:55
Azadlıq Partiyası ləğv edildi
-
Sosial14:18
Azərbaycanlı xanım ABŞ-da diaspor təşkilatı yaratdı - FOTO
-
Hadisə13:22
Bakıda restoranda bir ailənin 4 üzvünü döydülər - VİDEO
-
Sosial12:25
Azərbaycanda yeni nazirlik yaradılır
-
Maraq dünyası12:07
Ən yaxşı yola gedən bürclər - Möhtəşəm cütlükdürlər