Güləndən Ərdoğana ŞOK MESAJ: “Öləcəksən”
Bizi izləyin

Dünya

Güləndən Ərdoğana ŞOK MESAJ: “Öləcəksən”

Fətullah Gülən son söhbətində Ərdoğanı ölümlə təhdid edib.

Publika.az xəbər verir ki, F.Gülən Ərdoğana “sabaha çıxmağına zəmanət yoxdur” deyə bildirib.

“Düşmən qapıya gəlib, orduları ilə kökünüzü kəsəcək, sizi yox edəcəklər, çəkiclə başınızı əzəcəklər” deyən Gülən daha sonra “ölüm mesajını” verib: “Sabaha çıxmağına zəmanət yoxdur. Beyin qanaması çəkic kimi başına enər, öldürər səni. Heç gözləmədiyin halda xərçəng xəstəliyinə tutularsan, ölərsən. Ölüm qəflətən gələr”.

Qeyd edək ki, Türkiyə kəşfiyyatı Gülənin “söhbətləri” zamanı tərəfdarlarına təlimatlar verdiyini ortaya çıxarıb. Bu baxımdan, onun son söhbətində Ərdoğana ölüm mesajı verdiyi ehtimal olunur.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm