Dünya
“Ərdoğanı devirək, Güləni gətirək” – ABŞ-dan ŞOK MƏKTUB (FOTOFAKT)
ABŞ-da bəzi konqresmenlər Ərdoğanın devrilməsi üçün Senata məktub ünvanlayıb.
Publika.az xəbər verir ki, fevral ayında ünvanlanan məktuba konqresmen Rand Paul, Klintonun prezident seçilərsə özünə köməkçi gətirmək istədiyi Tim Kaine və Marko Rubio kimi senatorlar da imza atıblar.
Ümumi məğzi “Ərdoğanı devirək, Fətullah Güləni gətirək” olan məktubda deyilir: “ABŞ olaraq Türkiyə hökumətinə dəqiq mesaj göndərməyin vaxtıdır. Bu, təkcə suriyalı kürdlərə qarşı silahlanma çağırışı etdiyinə görə deyil, demokratiyanın təməli olan siyasi məsələləri və yerli gücləri yenidən gözdən keçirmək üçün lazımdır. Ərdoğan Türkiyəni radikal islamçıların savaşdığı yerə çevirir. Təəssüf ki, son illərdə biz Türkiyədə insan haqları və söz azadlığının pozulmasının qarşısını ala bilmədik. Beynəlxalq ictimaiyyətin, həmçinin, Türkiyənin daha çox dini radikallaşmasının qarşısını almaq lazımdır. Beynəlxalq ictimaiyyətin dəstəklədiyi və önəmli fiqur olan, dinlərarası dialoq və demokratik prinsiplərin təmsilçisi olan din adamı Fətullah Gülənə verilən səlahiyyət, bizə Türkiyənin radikal İslamdan uzaqlaşdırmaq imkanı verəcək”.
Konqresmenlər Türkiyəyə təzyiq edilməsi üçün ABŞ-ın xarici siyasətinin yenidən tərtib olunması tələbi ilə də çıxış ediblər.
Asif
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı