Müxbir canlı yayımda özündən getdi-VİDEO
Bizi izləyin

Dünya

Müxbir canlı yayımda özündən getdi-VİDEO

İranda canlı yayımda hava proqnozunu təqdim edən qadın müxbir qəfildən yerə yıxılıb.

Musavat.com yerli mətbuata istinadən xəbər verir ki, dövlət televiziyasının birinci kanalında canlı olaraq ölkədəki hava durumunu çatdıran müxbir Masumə Əhmədi cümləsini tamamlaya bilmədən qəfildən özündən gedib.

Studiyada xəbərləri aparan müxbir “deyəsən əməkdaşımıza nə isə oldu” deyərək, canlı yayıma davam edib.

Məlumata görə, canlı yayımdan öncə müxbir qadın isti havada uzun müddət qaldığı üçün halı pisləşib. Hazırda vəziyyəti yaxşıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm