Məscidlərə nəzir bankomatları qoyuldu
Bizi izləyin

Dünya

Məscidlərə nəzir bankomatları qoyuldu

“Respublikanın hər bir məscidində sədəqələrin ödənilməsi üçün bankomatlar qoyulacaq. Hazırda artıq 8 belə bankomat quraşdırılıb”.

Moderator.az bu xəbəri Qazaxıstanın İslam saytlarına istinadən yayıb.

Söhbət Qazaxıstan vətəndaşların qanuni formada nəzir, sədəqə ödəməsi üçün yaradılmış şəraitdən gedir. Hələlik xidmətin bir az bahalı olması və əhali arasında müvafiq maarifləndirmə işləri aparılmaması səbəbindən terminalların çoxu işləmir.

Dini İşlər üzrə Dövlət Komitəsi din xadimlərinə vətəndaşları bu barədə məlumatlandırmağı təklif edir ki, onlar şəffaf formada öz sədəqələrini Qazaxıstan müftiliyinin hesabına köçürə bilsinlər. Müftiliyin maliyyə hesabatının mütəmadi olaraq qəzetlərdə dərc olunması da planlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm