Hülusi Akar söz verdi: Xainlər cəzalandırılacaq
Bizi izləyin

Dünya

Hülusi Akar söz verdi: Xainlər cəzalandırılacaq

Türkiyə Silahlı Qüvvələrinə sızmış FETÖ mənsublu xainlər tariximizdə görünməmiş bir şəkildə vətənimizə, millətimizə, respublikamıza bu rəzaləti yaşatdı, Silahlı Qüvvələrimizin şan və şərəflə dolu keçmişinə ləkə sürtdülər.

Bu sözləri Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hülusi Akar İstanbulda keçirilən demokratiya və şəhidlər mitinqində çıxışında səsləndirib.

15 iyul dövlət çevrilişinə cəhddə iştirak edənlərə layiqli cavab verildiyini bildirən H.Akar deyib: “Bu rəzaləti Türkiyə dövlətinə, keçmişi şan və şərəflə dolu Türkiyə Silahlı Qüvvələrinə və zadəgan millətimizə yaşadan xainlər ən ağır şəkildə cəzalandırılacaqlar. Bundan heç kimin şübhəsi olmasın.”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm