Dünya
Son 10 il ərzində ilk dəfə ərəb qum pişiyi görünüb
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) alimləri Əbu-Dabi əmirliyində gecəgörmə kameraları vasitəsilə 3 fərdi ərəb qum pişiyi qeydə alıblar. Buna qədər ölkə ərazisində nadir heyvan yalnız bir neçə dəfə (onlardan sonuncusu 2005-ci ildə) görünüb, lakin müşahidələr kameralarda təsdiq olunmayıb.
Publika.az ecoportal.ru saytına istinadla xəbər verir ki, BƏƏ-nin Ətraf Mühit İdarəsinin əməkdaşları Əbu-Dabinin təbiəti mühafizə zonalarında 2015-ci ilin martından dekabr ayınadək izləmə kameraları quraşdırıblar. Bu müddətdə onlar 46 şəkil əldə ediblər ki, bunun da 3-ü fərdi ərəb qum pişiklərinin təsviri olub.
Ərəb qum pişiyi gizli və gecə həyat tərzi sürür. İlk dəfə 1950-ci ildə qeydə alınıb. O vaxtdan Ərəb yarımadası ölkələrində, Suriya və İordaniyada, Misirin şimal-şərqində müşahidə olunub. Müşahidələr aparılsa da, qum pişiyinin təbii populyasiyasının vəziyyəti dəqiq olaraq bilinmir.
Ərəb pişiyinin tüklü qulaqları və ayaqları onu səhra qumundan asanlıqla qoruyur. Pişiyin bədənində maddələr mübadiləsi elə qurulub ki, onun içməli suya ehtiyacı olmur, bütün lazımi suyu qida ilə alır
-
Magazin102:12
Ağadadaş Ağayevdən balta atdığı qadına PUL TƏKLİFİ - VİDEO
-
Dünya01:11
5,7 bal gücündə zəlzələ bu ölkəni SİLKƏLƏDİ
-
Magazin200:30
"Dəcəl qız"dan dərin sinə dekoltesi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Əhvalınız sürətlə dəyişə bilər
-
Sosial00:00
Bəzi ərazilərdə İŞIQ OLMAYACAQ
-
Magazin13 Dekabr 23:36
“W-Trio” üzvləri illər sonra bir arada - FOTO
-
Hadisə3 Dekabr 22:48
“Sədərək” ticarət mərkəzini su basdı - VİDEO
-
İdman3 Dekabr 22:36
Ayağı bir neçə yerdən sınan futbolçu ilə bağlı daha bir ÜZÜCÜ XƏBƏR