Dünya
Yaponiya imperatoru taxtdan imtina edir
Yaponiya imperatoru Akihito yaş və sağlamlıq vəziyyətinə görə vəzifəsinə davam edə bilməyəcəyini açıqlayıb.
82 yaşlı imperator bu barədə indiyə qədər etdiyi ikinci televiziya çıxışında bildirib.
Yaponiya qanunvericiliyində imperatorun taxtdan getməsi təsbit olunmayıb. Onun getməsi üçün qanunda dəyişiklik edilməlidir.
Baş nazir Şinzo Abe bildirib ki, hökümət bu məsələni “ciddi” müzakirə edəcək.
10 dəqiqəlik televiziya çıxışında imperator Akihito deyib ki, o dövlətin rəmzi sayılan imperatorluq vəzifələrinin fasiləsiz həyata keçirilməsini doğru hesab edir:
“Mən narahatam ki, dövlət rəmzi olaraq bütün həyatım boyu indiyə qədər həyata keçirdiyim imperatorluq vəzifələrimi davam etdirmək mənə çətin ola bilər.”
O bildirib ki, imperator yaş və ya xəstəlik səbəbilə vəzifələrini yerinə yetirə bilmədikdə naiblik yaradıla bilər. Lakin, hətta bu halda belə imperator ömrünün sonuna qədər olduğu kimi qalır.
Konstitusiyaya əsasən imperatorun siyasi vəzifələri yoxdur, ona görə də onun imperatorluqdan imtinasına bir qədər siyasətə müdaxilə kimi baxılacaq.
Akihito 1989-cü ildə, atası Hirohito-nun ölümündən sonra taxta keçib.
-
Magazin201:23
Tanınmış meyxanaçı vəfat etdi
-
Qoroskop00:10
Günün qoroskopu: romantik anlar yaşanacaq
-
Ekopublika.az2 Dekabr 22:02
Emin Ağalarova vəzifə verildi - FOTOLAR
-
İKT2 Dekabr 21:11
“WhatsApp”da yeni funksiya
-
Magazin12 Dekabr 20:20
Xalq artisti 55 minlik məhkəməni uduzdu
-
Magazin22 Dekabr 19:30
Elton Con görmə qabiliyyətini itirdi
-
Kriminal2 Dekabr 19:00
Havvaxanımın məhkəməsi başlayır: 100-dən çox zərərçəkən var
-
Nəqliyyat2 Dekabr 18:50
Bakıda COP29 zolaqlarının qüvvədən düşdüyü yollar - SİYAHI