Roqozindən Bakıda “S-300” AÇIQLAMASI
Bizi izləyin

Dünya

Roqozindən Bakıda “S-300” AÇIQLAMASI

“Rusiya satdığı “S-300” zenit-raket kompleksinin yarısını İrana təhvil verib”.

Publika.az “Mehr” İnformasiya Agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Dmirti Roqozin Bakıda keçirilən Rusiya, İran və Azərbaycan prezidentlərinin görüşü zamanı bildirib.

Baş nazirin müavini deyib ki, Rusiyanın İrana təhvil verdiyi “S-300” zenit-raket kompleksləri iki ölkə arasında imzalanan müqaviləyə əsasən reallaşıb.

Onun sözlərinə görə, müqaviləyə əsasən digər “S-300” zenit-raket kompleksləri də yaxın vaxtlarda İrana təhvil veriləcək.

Xatırladaq ki, 2007-ci ildə S-300” zenit-raket komplekslərinin İrana satışı ilə bağlı rəsmi Moskva ilə Tehran arasında 800 milyon dollarlıq müqavilə imzalanıb. Ancaq 2010-cu ilin ortalarında BMT Təhlükəsizlik Şurasının İran əleyhinə sanksiyalar tətbiq etməsindən sonra həmin müqavilənin icrası təxirə salınıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm