Yeni sui-qəsd qorxusu: Ərdoğan Putinlə görüşə gedərkən nə edib?
Bizi izləyin

Dünya

Yeni sui-qəsd qorxusu: Ərdoğan Putinlə görüşə gedərkən nə edib?

Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Sankt-Peterburqda gedən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın təyyarəsinin havada qəfil marşrut dəyişməyi diqqət çəkib.

Publika.az xəbər verir ki, Ərdoğan və Türkiyə nümayəndə heyətinin olduğu “Airbus A330 TC-TUR” təyyarəsi Ukrayna hava sahəsindən keçərək Sankt-Peterburqa gedəcəkdi. Lakin təyyarə yolunu uzadaraq Qara dənizin üzərindən Rusiya hava sahəsinə daxil olub. Buna səbəb təhlükəsizlik məsələsi olub.

Məlumata görə, Rusiyanın Ukrayna ilə münasibətlərinin olmaması da təhlükəsizlik riskini artırıb. Buna görə də Ərdoğanın təyyarəsi gözlənilən marşrut üzrə uçmayıb.

Qeyd edək ki, iyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhd edən qiyamçılar Ərdoğana qarşı sui-qəsd təşkil etmişdi. Bu hadisələr fonunda Rusiyaya uçuş zamanı atılan addım yeni sui-qəsd ola biləcəyi ehtimallarını da gündəmə gətirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm