İT milyarderləri BƏLLİ OLDU
Bizi izləyin

Dünya

İT milyarderləri BƏLLİ OLDU

“Forbes”dünya üzrə internet-texnologiyaları sahəsində 100 ən varlı şəxsin adını açıqlayıb.

Publika.az jurnala istinadən xəbər verir ki, onluğa “Facebook”un yaradıcısı Mark Zukerberq (http://publika.az/p/3649), “Alibaba Group”ın yaradıcısı Cek Ma (http://publika.az/p/42223) daxil olub.

Ötən il olduğu kimi siyahının birincisi “Microsoft”un sahibi Bill Qeyts olub. Onun sərvəti 78 milyard dollar həcmində dəyərləndirilib. İkinci yerdə internet şirkəti Amazon.com və “Blue Origin” sahibi Cef Bezos qərarlaşıb. Onun sərvətinin həcmi 66 milyard dollardır.

Mark Zukerberq isə üçüncüdür. “Facebook”un yaradıcısının sərvəti bir ildə 12,8 milyard dollar artaraq 54 milyard dollara yüksəlib. Siyahının dördüncüsü “Oracle”nin sahibi Lari Ellisondur - 51,7 milyard dollar. Beşincilər “Google”nin sahibləri Larri Peydj (39 milyard dollar) və Sergey Brindir (38,2 milyard dollar).

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm