Kreml onların peyk şəkillərini Ankaraya verəcək
Bizi izləyin

Dünya

Kreml onların peyk şəkillərini Ankaraya verəcək

Ankara və Moskva Türkiyə-Suriya sərhədinin bağlanması haqqında məsələnin müzakirəsinə başlayıb.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Dövlət Dumasının müdafiə məsələləri üzrə komitənin sədr müavini Viktor Vodolaski deyib.

Onun sözlərinə görə, Türkiyə-Suriya sərhədinin bağlanması haqqında məsələ Rusiya və Türkiyənin diplomatik, müdafiə və kəşfiyyat idarələrinin nümayəndələrinin iştirakı ilə birgə komissiyanın toplantısında qaldırılıb.

“Biz təbii ki, terrorçular və silahların axınını dayandırmaq üçün Türkiyə-Suriya sərhədinin bağlanması məsələsini qaldırdıq. Beləliklə, döyüşçülər kənardan istənilən qidalanma növlərindən məhrum olmalıdır”, - rusiyalı deputat komissiyanın işini şərh edib.

Onun sözlərinə görə, bu məsələ Rusiyanın milli təhlükəsizliyinin təminatı ilə birbaşa əlaqəlidir.

“Biz türk tərəfinə döyüşçülərin istifadə etdiyi marşrutun peyk şəkillərini verə bilərik”, - deputat vurğulayıb.

“İnterfaks”ın məlumatına görə, Türkiyə artıq bu məsələyə baxır. Ankaranın cavabının müsbət olacağı gözlənilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm