Dünya
Pentaqonun keçmiş rəhbərindən NÜVƏ XƏBƏRDARLIĞI
ABŞ-ın keçmiş müdafiə naziri Uilyam Perri nüvə arsenalının yenilənməsi üzrə Amerika administrasiyasının planlarını tənqid edib.
Publika.az xəbər verir ki, sabiq nazir bu haqda “Sputnik” agentliyinə müsahibəsində bildirdi.
“Düşünürəm ki, nüvə yarışının daha bir raunduna başlamaq mənasızdır”, - Perri deyib.
İyulun 21-də demokratlardan ibarət senatorlar qrupu nüvə arsenalının müasirləşdirilməsi proqramından imtina etmək xahişi ilə ABŞ prezidenti Barak Obamaya müraciət edib. “Müstəqil qiymətləndirmələr göstərir ki, nüvə güclərinin müasirləşdirilməsi və saxlanılması üzrə proqramlar ən yaxın 30 il ərzində təxminən bir trilyon dollara başa gələcək. Bu, qeyri-nüvə gücləri ciddi xərclər tələb etdiyi bir vaxtda bizim müdafiə büdcəmiz üzərində güclü təzyiq yaradacaq”, - müraciətdə deyilirdi.
2016-cı ilin iyulunda açıqlanan məlumata görə, Barak Obama ABŞ-ın nüvə siyasətinə dəyişiklikləri elan etmək niyyətindədir. Həmçinin, prezident elan edəcək ki, Vaşinqton nüvə silahını birinci tətbiq etmək niyyətində deyil. Bundan başqa, Obama administrasiyası nüvə sınaqlarının qadağası haqqında BMT Təhlükəsizlik Şurasının qətnaməsinin qəbuluna təşəbbüs etməyə hazırlaşır.
Amerika administrasiyasının planlarına əsasən, “Northrop Grumman” şirkəti B-21 növbəti nəsil strateji bombardmançısını hazırlayacaq. Bundan başqa, “Lockheed Martin” və “Boeing” korporasiyaları yeni qitələrarası ballistik raketlər üzrə öz layihələrini təqdim edəcək.
Ömər Dağlı
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman26 Dekabr 18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş