ŞOK: Gülən İŞİD-dən yardım istədi: Ərdoğana...
Bizi izləyin

Dünya

ŞOK: Gülən İŞİD-dən yardım istədi: Ərdoğana...

Dövlət çevrilişinə cəhdi uğurlu olmayan “Fəthullahçı Terror Təşkilatı”nın (FETÖ) prezident Rəcəb Tayyib Ərdoğana yaxın bir şəxsə qarşı sui-qəsd təşkil etmək üçün İŞİD terror təşkilatından yardım istədiyi ortaya çıxıb.

Publika.az xəbər verir ki, bu haqda Türkiyənin “Milliyyət” nəşri yazıb.

Nəşrin yazdığına görə, bu məqsədlə bir FETÖ üzvün Suriyanın Tel Abyad şəhərində iki İŞİD üzvü ilə görüşüb. Bu barədə məlumat əldə edən Polis Baş İdarəsi polis məntəqələrinə 10 avqusta xəbərdarlıq mətnləri göndərib.

Məlumata görə, FETÖ üzvü avqustun 8-də Tel Abyadda Mütənna Əbdülrəzzaq Əli və İbrahim Həsən ilə görüşüb. Görüşdə Ərdoğana yaxın bir nəfərin səssiz silahla öldürülməsi və İstanbulda terror aksiyası təşkil edilməsi gündəmə gəlib. Sui-qəsd və aksiyalar üçün avqustun 9-da Şanlıurfadan Ankaraya 6 səssiz silah göndərilib. Bu silahlardan terror aksiyalarında kürd əsilli 4 qadın istifadə etməli idi.

FETÖ-ya bağlı şəxsin İŞİD nümayəndələrinə maddi yardım göstərdiyi bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm