Dünya
Sankt-Peterburqda anti-terror əməliyyatı başladı
Rusiya Federal Təhlükəsizlik Xidməti, Rusiya Qvardiyası və “Qrad” xüsusi təyinatlı dəstənin döyüşçüləri Sankt-Peterburq şəhərində yaşayış evlərindən birində federal axtarışda olan şəxslərin tutulması üçün əməliyyat keçirir.
Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki,bu haqda Federal Təhlükəsizlik Xidmətinin regional idarəsinin mətbuat xidmətindən bildirilib.
Yaşayış evində gizlənən şəxslər Şimali Qafqazda qanunsuz silahlı birləşmələrdə iştirakda ittiham olunur. Şahidlərin məlumatına görə, terrorçuların olduğu evdə iki partlayış baş verib.
Ev güllədeşməz jiletlər və kaskalar geyinən xüsusi təyinatlılar tərəfindən mühasirəyə alınıb.
Xüsusi əməliyyatın gedişatında üç döyüşçü saxlanılıb. “RİA-Novosti” xəbər agentliyinə bu haqda hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
“Rəqəm hələlik qeyri-dəqiqdir. Ola bilər, onlar daha çox olsun. Həmçinin saxlanılanların vəziyyəti məlum deyil”, - mənbə qeyd edib.
Qeyd edilir ki, xüsusi əməliyyat Federal Təhlükəsizlik Xidmətinin Kabardin-Balkariya üzrə idarənin xahişi ilə keçirilir.
Ömər Dağlı
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO