Dünya
“Əfqanıstan müharibəsinin təcrübəsi əsasında post-sovet ölkələrdə...” – ŞOK İDDİA
“Rusiya Ukraynaya qarşı mübarizənin yeni formasına keçir”.
Publika.az “Obozrevatel” nəşrinə istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sabiq başçısı (1991-1997) Aleksandr Skipalskiy deyib.
“Əməliyyatlar silahın tətbiqi olmadan həyata keçirilir. Bunlar maliyyə, iqtisadi-ticarət, energetika, etnik, dini, demoqrafik və başqa əməliyyatlardır. Bunlar idarə olunan xaos nəzəriyyəsinə söykənir. Rusiya Ukraynanın potensialının dağıdılması məqsədi ilə bütün sferalarda sinxron mübarizə aparır”, - Skipalskiy bildirib.
Onun sözlərinə görə, Kremlin Ukraynanın dövlət quruluşuna qarşı hərəkətləri Vladimir Putinin hakimiyyətə gəlişi və onun “Sovet İttifaqının dağılmasının faciəsi” haqqında tezisi ilə fəallaşıb: “Ukraynaya qarşı mübarizə 2014 və yaxud da 2013-cü ildə başlamayb. Mən xüsusi xidmət orqanlarının nümayəndəsi kimi 1992-ci il tarixli sənədə malikəm. Orada Donbasda separatizmin inkişafının real təhlükəsi haqqında danışılırdı”.
Kəşfiyyatın keçmiş rəhbəri həmçinin bildirib ki, Rusiyada SSRİ-nin dağılmasından sonra Əfqanıstan müharibəsinin təcrübəsi əsasında xarici dövlətlərdə qeyri-stabilliyin texnologiyası hazırlanıb. O, Sovet İttifaqının keçmiş respublikalarında gənc demokratiyaların dağıdılması üçün Rusiyanın bütün institutlarının işlədiyini vurğulayıb.
Ömər Dağlı
-
Hadisə21:48
Sumqayıtdan ACI XƏBƏR: partlayış zamanı xəsarət alan...
-
Magazin121:24
"Bəxtim kişi tərəfdən gətirməyib"
-
Art21:00
“Ermənilər bunu eşidib həyasızlıq saldılar” - VİDEO
-
Region20:36
Təbrizdə GÜCLÜ PARTLAYIŞ - Ölənlər var
-
Ekologiya18:24
DYP küləkli hava ilə əlaqədar XƏBƏRDARLIQ
-
Sosial17:57
Əhaliyə xəbərdarlıq: dekabrın 8-də...
-
Hadisə17:20
Tovuzda sexdə partlayış: Xəsarət alanlar var - Video/Yeniləndi
-
Sağlamlıq16:45
Qəhvə ömrü uzadırmış: gündə neçə fincan içmək lazımdır?