Ermənistana ŞOK - Maliyyə yardımı dayandırıla bilər (VİDEO - FOTO)
Bizi izləyin

Dünya

Ermənistana ŞOK - Maliyyə yardımı dayandırıla bilər (VİDEO - FOTO)

Yaxın vaxtlarda Avropa İttifaqı Ermənistana maliyyə yardımını dayandıra bilər.

İşğalçı ölkənin “xaric bizə kömək edəcək” kimi bəyanatları indi daha çox mənəvi dəstəyə əsaslanır. Hazırda Ermənistanın maliyyə-iqtisadi vəziyyəti o qədər acınacaqlıdır ki, xaricdən daxil olan istənilən qəpik elə anındaca yox olur.

İkincisi, mövcud rejimin nüfuzu o qədər ləkəlidir ki, donor ölkələr Ermənistana yardım paketinə imza atmaqla Sarqsyanın cinayətkar qruplaşmasına dəstək verənlər siyahısına düşmək istəmirlər. Avropa İttifaqı büdcəsindən ayrılan vəsaitin məqsədyönlü şəkildə xərcələnməsinin marağında olsa da, Ermənistanda bu problemlərlə üzləşir.

Əsasən keçmiş Sovet İttifaqı ölkələrində həyata keçirilən “Tvinninq” proqramı da eyni aqibətlə üzləşib. Avropalılar ermənistanlı rəsmiləri ölkənin idarəetmə sisteminin nizamlanması, korrupsiyaya qarşı tədbirlərin gücləndirilməsi ilə bağlı layihələrə üstünlük verməyə çağırır. Lakin hakimiyyət istiqaməti üzrə yox, başqa məqsədlərə xərcləyir. Bundansa Avropa İttifaqı duyuq duşüb.

Vəziyyət o həddə çatıb ki, İttifaqın Yerevandakı nümayəndəsi Petr Svitalskiy də dilə gəlib. Diplomat deyir: “Bu yaxınlarda icra müddəti başa çatan proqramın uğurla nəticələndiyini söyləmək mümkün deyil. Belə ki, məqsədi iqtisadi rəqabətliliyin müdafiəsi üzrə dövlət komissiyasının işini tədqiq etmək və işin efektiv təşkili üçün məsləhət vermək olan daha bir "Tvinninq" layihəsinin nəticələri qəbul edilməyib. Korrupsiyaya qarşı mübarizə Ermənistan üçün milli məsələdir” - sitatın sonu.

O da məlum olub ki, Avropa İttifaqı Ermənistanda korrupsiya ilə mübarizəyə yenidən 15 milyon avro vəsaiti ayırıb. Bu vəsait müəyyən şərtlərlə xərclənməlidir. Vəsaiti ayıranlar nəticə görmək istəyirlər. “Əgər nəticə görməsək bu pul Ermənistan hökumətinin hesabına köçürülməyəcək” - Avropa İttifaqının Ermənistandakı nümayəndəsi belə deyib. Dolayısı yolla diplomat bir daha Yerevana korrupsiya adlı probleminin olduğunu xatırladıb.

Sonuncu isə hələ də özünü “karlığa” vurub. Ya Sarqsyan avropalıları ciddiyə almır, ya da ölkəsini başqa cür idarə edə bilmir... Elə deyəsən orda vəziyyət ermənicədir... (Region TV)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm