Misirdə 350 nəfərə ömürlük həbs cəzası
Bizi izləyin

Dünya

Misirdə 350 nəfərə ömürlük həbs cəzası

Misirdə "Müsəlman qardaşlar" təşkilatının 350 üzvünə ömürlük həbs cəzası verilib.

Publika.az Report-a istinadən xəbər verir ki, bu gün Asyut Hərbi Məhkəməsində keçirilmiş prosesdə müttəhimlər 2013-cü il avqustun 14-də Rabia və Nahda meydanlarının silah gücünə boşaldılmasından sonra Minyə şəhərinin Dirmuvas rayon polis və poçt şöbələrinə basqın etməkdə günahlandırılıblar.

Məhkəmədə ümumilikdə 418 nəfər mühakimə edilib. Onlardan 68-nə 3 ildən 10 ilədək həbs cəzası verilib.

Qeyd edək ki, ömürlük həbs cəzasına məhkum edilmiş şəxslər hazırda ölkədə yoxdurlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm