8 sakin qətlə yetirildi - MEKSİKADA
Bizi izləyin

Dünya

8 sakin qətlə yetirildi - MEKSİKADA

Meksikanın Verakrus ştatının Alto-Lusero şəhərində ağır cinayət hadisəsi baş verib.

Publika.az xəbər verir ki, naməlum şəxslər 8 nəfəri qətlə yetiriblər. Öldürülənlərdən 7-i kişi, 1-i qadındır.

Yerli prokurorluq orqanının rəsmiləri hadisəni törətmiş şəxslərin hələlik həbs olunmadıqlarını bildiriblər.

Polisdəki mənbə isə bildirib ki, silahlı cinayətkarlar bir neçə evə hücum edərək elektrik avadanlıqlarını, bahalı əşyaları qarət ediblər. Bundan sonra isə həmin mənzillərin sahiblərini qətlə yetiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm