Dünya
Böyük müharibəyə bir il qaldı – ŞOK PROQNOZ
2017-ci ildə böyük müharibə başlayacaq və Rusiya qalib
gələcək.
Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, bu
proqnozla məşhur rusiyalı astroloq, Rusiya Təbii Elmlər
Akademiyasının müxbir üzvü, “İmperiya axtarışları”, “Müharibələrin
nəzəriyyəsi” kimi kitabların müəllifi Qriqoriy Kvaşa çıxış
edib.
Q. Kvaşa bununla bağlı qələmə aldığı məqalədə yazır ki,
1612-ci ildə polyaklar, 1709-cu ildə isveçlilər, 1812-ci ildə
fransızlar, 1941-ci ildə almanların hücumlarının təhlili Avropanın
Rusiya üçün ciddi təhdid olmadığını göstərir: “Düşmən okeanın o
tayından gələcək və çətin ki, indi bu fikirlərlə kimisə
təəccübləndirmək mümkündür. Əslində 1946-cı ildə “Fulton” nitqindən
(Çörçilin məşhur nitqi-red) sonra gələcək düşmənin adı Rusiyada heç
kimə sirr deyil”.
Q. Kvaşa hesab edir ki, nəzəriyyəyə əsasən dövlətlər iki
inkişaf yolunu tutur: imperiya ritmi ilə hərəkət edənlər və
totalitar yolu seçənlər.
“İmperiya ritmi ilə hərəkət edən dövlətlər çox nadir
hallarda olur. Dünya tarixində imperiyaların meydana çıxması unikal
hadisədir. Tarix göstərir ki, imperiya ritmi ilə hərəkət edən
dövlət həmişə qalib gəlir. Tarixçilər imperiya möcüzələrinə diqqət
yetirməməyə çalışırlar, onlar imperiyaların yaranmasını əsasən
təsadüfi vəziyyətlə izah edirlər. Onlara görə, “ərəb xilafəti”,
“məğlubedilməz armada”, bütün bunlar təsadüfdür. Lakin axtarışlar
imperiyanın möcüzələrini ortaya çıxarır”, - deyə o qeyd
edib.
Müəllif hesab edir ki, totalitar yolu seçən dövlətlər
məhvə məhkumdur: “Totalitar dövlətlər qısaömürlü olur və həmişə
məğlubiyyətlə üzləşir. Bununla bağlı tarixi nümunələr var: Hitler,
Napoleon, II Fridrix, XII Karl, II Filip və digərləri”.
Q. Kvaşa Rusiyanın indiki vəziyyətinə diqqət çəkir və qeyd
edir ki, hazırda Rusiya totalitar yolla klassik imperiyanın
kənarındadır: “Rusiyada indi imperiya ritmi formalaşır. Totalitar
oxşarlıq Rusiya üçün o qədər də məqbul deyil”.
Onun fikrincə, indiyə qədər tarixdə totalitar oxşarlığı
olan üç böyük imperiya məhv olub: Avstriya, Yaponiya və
Almaniya.
“İndi növbə iki bədheybətindir: Qərb-ABŞ və Şərq – Çin”, -
deyə müəllif yazır.
Q. Kvaşa bir il sonra – 2017-ci ildə Rusiya və ABŞ-ın
müharibəyə başlayacağını proqnozlaşdırır: “Rusiya və ABŞ 2017-2025,
Rusiya və Çin 2021-2025, Çin və ABŞ 2021-2029-cu illərdə müharibə
edəcək. Bu müharibələri təxminən proqnozlaşdırmaq üçün keçmiş
presedentlərə müraciət etməliyik. 1945-ci ildən sonra amerikalılar
SSRİ-yə qarşı “soyuq müharibə” elan etdi. Hansı ki, bunun əsasında
nüvə şantajı dayanırdı. 1946-cı ildəki “Fulton” nitqi əslində
müharibə elanı idi. 1949-cu ildə SSRİ güclü bombanı sınaqdan
keçirdəndən sonra ABŞ-ın nüvə şantajı zəifləməyə başladı. Lakin
1950-ci ildə Koreya müharibəsi başlandı. Koreya Xalq Respublikası
və SSRİ ABŞ-a qarşı vuruşurdu. Fərz etmək olar ki, 1945-ci ildən 72
il sonra – 2017-ci ildə, yaxud da 2018-ci ildə ABŞ tərəfindən
Rusiya qarşı kəskin addımlar atılacaq. 2021, yaxud 2022-ci ildə isə
ABŞ-la Çinin açıq toqquşması başlanacaq”.
(Qeyd edək ki, Pentaqonun Çinlə müharibə hazırlığı planı
üzərində işlədiyi haqda məlumatlar yayılmışdı. Plana əsasən bu
müharibə 2025-ci ildə baş verə bilər. http://publika.az/p/146005).
Lakin Q. Kvaşa hesab edir ki, tarix əsas deyil.
“Bir il öncə, yaxud sonra. Burada əhəmiyyətli məqam
başqadır. ABŞ bu müharibədə ciddi şəkildə məğlub olacaq və böyük
dövlətlər klubunda “kovboy” funksiyasını itirəcək. Gələcək
Birləşmiş Ştatları müasir İsveçin sakit taleyi, yaxud İspaniya,
Avstriya kimi heç bir dünya ambisiyası olmayan kurort ölkə olmaq
qisməti gözləyir”, - deyə rusiyalı o vurğulayıb.
Asif
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı