Dünya
ABŞ-da azlıqların səsi uğrunda mübarizə
ABŞ-da noyabr ayında keçiriləcək prezident seçkilərinə az bir zaman qalmış liderlər ölkədəki azlıqların səsləri uğrunda amansız mübarizə aparırlar. Zəncilər, müsəlmanlar və latınların səsi uğrunda liderlərin mübarizəsi davam edir.
Nevadadan olan Demokratlar Partiyasının namizədi Hillari Klinton, tərəfdarlarına səslənərək Olimpiyada Oyunlarında ölkəyə medal qazandıran Afrika mənşəli amerikalı müsəlman idmançını nümunə göstərib:
“Olimpiya heyətimizin möhtəşəmliyinə bir baxın. Amerika Birləşmiş Ştatlarını təmsil etdilər. Nyu Cersidən Afrika mənşəli amerikalı olan müsəlman İbtihac Məhəmməd bacarığı ilə bürünc medal qazandı. Donald Trampın Amerikasında onun yeri ola bilərmi?”
Respublikaçıların namizədi Donald Tramp isə Nyu Yorkdakı Tramp Toverdə partiyasının zənci və latın mənşəli üzvləri ilə bir araya gəlib:
"Afrika mənşəli amerikalılara banklar tərəfindən çox pis davranılır. Əgər Afrika mənşəli amerikalısınızsa, bankdan kredit almanız çox çətindir. Bu məsələ ilə maraqlanacağam, çünki bu problemi bir çox adamdan eşitmişəm".
Bu sırada bir qrup şəxs Tramp Tover qarşısında Donald Trampa etiraz edib.
Son aparılan sosial sorğulara görə, Demokratlar partiyasının namizədi Hillari Klinton, rəqibi Donald Trampdan ən azı 10 bal qabaqdadır.
-
Hadisə21:48
Sumqayıtdan ACI XƏBƏR: partlayış zamanı xəsarət alan...
-
Magazin121:24
"Bəxtim kişi tərəfdən gətirməyib"
-
Art21:00
“Ermənilər bunu eşidib həyasızlıq saldılar” - VİDEO
-
Region20:36
Təbrizdə GÜCLÜ PARTLAYIŞ - Ölənlər var
-
Ekologiya18:24
DYP küləkli hava ilə əlaqədar XƏBƏRDARLIQ
-
Sosial17:57
Əhaliyə xəbərdarlıq: dekabrın 8-də...
-
Hadisə17:20
Tovuzda sexdə partlayış: Xəsarət alanlar var - Video/Yeniləndi
-
Sağlamlıq16:45
Qəhvə ömrü uzadırmış: gündə neçə fincan içmək lazımdır?