Dünya
İstanbulda üçüncü “Asma körpü”nün açılışı - FOTOLAR
Türkiyənin İstanbul şəhərində Avropa və Asiya qitəsini üçüncü dəfə bir-birinə birləşdirən “Asma körpü”nün açılışı mərasimi keçirilir.
Publika.az xəbər verir ki, dünyanın ən uzun rels sisteminə malik körpüsünün açılış mərasiminə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, TBMM sədri İsmayıl Qəhrəman, baş nazir Binəli Yıldırım, sabiq prezident Abdulla Gül, keçmiş baş nazir Əhməd Davudoğlu, həmçinin bəzi xarici ölkələrin yüksək səviyyəli dövlət rəsmiləri qatılıblar.
Azərbaycanı tədbirdə Milli Məclisin sədri Oqtay Əsədov və Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov təmsil edir.
Çıxışlardan sonra körpünün açılışı olacaq.
Körpünün bünövrəsi 2013-cü ilin may ayında atılıb.
IX Osmanlı padşahının adını daşıyan Yavuz Sultan Səlim körpüsü 59 metr eni və 1408 metrlik uzunluğu ilə dünyanın ən geniş və uzun rels sisteminə malik “Asma körpü”sü adını qazanacaq. Körpünün üzərində avtomobillərin hərəkəti üçün 4 gediş və 4 dönüş olmaqla 8 hərəkət zolağı və iki dəmiryol xətti salınıb. Körpüdən keçən hər avtomobil 3, böyük yük maşınları isə 15 dollar ödəyəcək.
Asma körpünün konsept dizaynını və memarlıq işini isə məşhur fransız memarları icra edib. Körpüdə tamamlanma işləri yekunlaşıb, test yürüşləri həyata keçirilib.
Ekspertlər “Asma körpü”nün İstanbul tıxacını azaldacağını düşünürlər.
Qeyd edək ki, indiyədək İstanbulda iki “Asma körpü” fəaliyyət göstərirdi.
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”