Səfirlər həbs edildi
Bizi izləyin

Dünya

Səfirlər həbs edildi

Türkiyənin 26-cı baş naziri Əhməd Davudoğlunun xüsusi köməkçisi və 11-ci prezident Abdullah Gülün xarici siyasət üzrə baş məsləhətçisi olmuş Gürcan Balık Fətullah Gülənlə yaxın əməkdaşlıq etməsinə görə həbs edilib.

Publika.az xarici mediaya istindən xəbər verir ki, Ankara şəhər Təhlükəsizlik Xidmətinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi tərəfindən saxlanılan Gürcan Balık Ankara Şəhər Prokurorluğuna gətirilib.

Daha sonra Gürcan Balık məhkəmənin qərarı ilə Sincan həbsxanasına göndərilib.

Ankara şəhər Prokurorluğu Türkiyənin Kanadadakı sabiq səfiri Tuncay Babalı və Türkiyənin Kosta-Rikadakı keçmiş səfiri Alı Fındık barəsində də həbs qərarı çıxarıb.

Keçmiş səfirlər də Sincan həbsxanasına göndərilib.

Saxlanılan hər üç şəxs 2013-cü ildə Fətullah Gülənlə Türkiyə dövlət rəsmiləri arasında görüş təşkil etməkdə təqsirli bilinirlər.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm