17 nəfər bir otaqda yandı– DƏHŞƏTLİ YANĞIN (YENİLƏNİB)
Bizi izləyin

Dünya

17 nəfər bir otaqda yandı– DƏHŞƏTLİ YANĞIN (YENİLƏNİB)

Moskva şəhərində baş verən yanğında ölənlərin vətəndaşlığı bəlli olub.

Onların hamısı Qırğızıstan vətəndaşlarıdır.

Xatırladaq ki, yanğın paytaxtın Altufyevo şossesi-5 ünvanında yerləşən “Peçatnıy ekspress” mətbəəsinin anbarında baş verib. Ölənlər həmin anbarda işləyən və yaşayan miqrantlardır. Yanğın onlar yuxuda olarkən başlayıb və miqrantlar tüstüdən boğulublar.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsi yanğın nəticəsində 17 nəfərin həyatını itirdiyini, 4 nəfərin isə xəsarət aldığını bildirib.


Rusiya İstintaq Komitəsində faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. (apa)

***

Moskvanın cənub-şərqində yerləşən bir depoda dəhşətli yanğın baş verib.

Publika.az “TASS”-a istinadən xəbər verir ki, yanğın nəticəsində 17 nəfər həlak olub.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva bürosunun açıqlamasında bildirilir ki, yanğınsöndürənlər yanğının qarşısını alıblar: “Yanğınsöndürənlər yanan otaqda həlak olan 17 nəfərin cəsədi ilə qarşılaşıblar”.

Moskva meri Sergey Sobyanin “Twitter” hesabında yanğının səbəblərinin araşdırıldığını yazıb.

Məlumata görə, yanğından 12 nəfər xilas olunub.

“TASS”-a danışan rəsmi mənbə isə bildirib ki, ilkin ehtimala görə, yanğında həlak olan şəxslər depoda işləyən miqrantlardır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm