Dünya
İslam Kərimov üçün məxfi gətirilən həkim
Rusiyanın məşhur həkim-kardioluq Leo Bokeriya insult
keçimiş Özbəkistan prezidenti İslam Kərimovu müayinə etmək üçün
Daşkəndə uçub.
Publika.az xəbər verir ki, bu barədə məlumatlı mənbə
“Life.ru” saytına məlumat verib. Mənbənin məlumatına görə, L.
Bokeriya avqustun 27-də saat 20:50-də Şeremetyevo hava limanından
təyyarə ilə Özbəkistana uçub.
“Biletlər təcili sürətdə alınmışdı. Bokeriya hava limanına
yaxınlaşanda biletlər artıq hazır idi. Kardioloq Daşkənddə avqustun
28-i saat 03:00 radələrində endi. Səhər yerli vaxtla saat 10:00-da
Özbəkistandan şəxsi bortu Moskvaya uçuş üçün hazırlamağa
başladılar. 14:25-də Leo Bokeriya şəxsi təyyarədə Daşkənddən
Vnukova-3 hava limanına uçdu”, - deyə mənbə bildirib.
Qeyd edək ki, Leo Bokeriya İslam Kərimovun xəstəlik tərixçəsi ilə
yaxşı tanışdır. Onun 2004-cü ildə Özbəkistana səfərinin də
Kərimovun xəstəliyi ilə əlaqədar olduğu deyilirdi. Lakin L.
Bokeriya həmin vaxt bildirmişdi ki, Daşkənddə səfərinin məqsədi
İslam Kərimovu müayinə etmək olmayıb.
Asif
-
İdman02:19
“Liverpul”u və Kloppu təhqir edən hakim qovuldu
-
Yaxın Şərq01:15
İsrail Suriyadakı silah anbarlarını bombaladı
-
Qoroskop00:35
Günün qoroskopu: Yeni işlərə hazır olun!
-
Nəqliyyat9 Dekabr 23:55
Taksidən istifadə edənlərə ŞAD XƏBƏR
-
Hadisə9 Dekabr 23:25
Nazirliyin tabeliyindəki zavodda YANĞIN oldu
-
Hadisə9 Dekabr 23:09
Sumqayıtdakı partlayışda ölən ata və oğlunun FOTOSU
-
Nida Xəbər 9 Dekabr 22:20
Astana formatı niyə tarixə qovuşur? - Üç dövlətdən ikisi...
-
Hadisə9 Dekabr 22:08
Bu universitetin tələbəsi vəfat etdi - Foto