Dünya
Alman “dəmir ledi”nin varisi kim olacaq? – VERSİYALAR
Hazırda Avropa miqrasiya böhranı ilə qarşı-qarşıyadır. Bu böhran fonunda Almaniyanın kansleri Angela Merkelin reytinqi sürətlə aşağı düşür.
Publika.az xəbər verir ki, bu haqda “cont.ws” saytında gedən “Merkelin varisi kim olacaq?” başlıqlı yazıda deyilir.
Bildirilir ki, Merkelin reytinqinin sürətlə düşməsinin əsas səbəbi miqrantlar barəsində “açıq sərhədlər” siyasətinə əhalinin mənfi münasibətidir. Hesab edilir ki, məhz bu siyasət üzündən Avropanı terror aktları bürüyüb. İctimai yerlərdə törədilən bir sıra terror aktları Merkelin reytinqinin güclü şəkildə aşağı düşməsinə gətirib çıxarıb.
Bütün bu hadisələrin fonunda Merkelin opponentləri siyasi xal toplamağa çalışırlar. Ölkədə sonrakı hadisələrin tamamilə ehtimal edilən ssenarisi belədir ki, kansler vəzifəsini başqa adam tuta bilər.
Britaniyanın “The Guardian” qəzeti Merkelin varisinin adını çəkib. Məqalənin müəllifinin fikrincə, yeni kansler Merkelin lideri olduğu Xristian Demokratlar Partiyasının üzvü Yens Şpan ola bilər.
Angela Merkel əvvəllər partiya üzrə həmkarlarının loyallığına tamamilə bel bağlaya bilərdi. Amma Almaniyanın miqrasiya böhranında batmasından sonra partiya üzrə silahdaşları arasından Merkelin siyasi opponentləri çıxdı. Terror aktlarından sonra Almaniyada açıq şəkildə bildirirlər ki, Merkelin kreslosu silkələnir.
İyul ayında bir həftə ərzində törədilən dörd qanlı terror aktı Almaniyanı silkələdi. Bu, kanslerə də baha başa gəldi. “Deutschland Trend” təşkilatı tərəfindən avqustun ortalarında keçirilmiş ictimai rəy sorğusu göstərdi ki, iyulun əvvəlindən onun reytinqi 12 faiz düşüb. Bundan bir həftə əvvəl “ZDF Politbarometer” təşkilatı tərəfindən keçirilmiş ictimai rəy sorğusu da təsdiq etdi ki, Merkel öz reytinqinin əhəmiyyətli hissəsini itirib.
“Deutschland Trend” tərəfindən keçirilmiş sorğunun yalnız 35 faiz iştirakçısı Merkelin miqrant siyasətindən razıdır. “Deutsche Welle” nəşrinə əsasən, bu, qaçqınların axınının başlanmasından sonra ən kiçik göstəricidir.
Yeni kansler postu üçün potensial namizədlərdən biri də Bavariya federal torpağının baş naziri Xorst Zeexofer göstərilir. Merkelin reytinqinin düşdüyü bir vaxtda, onun ən güclü tənqidçisi olan Xorst Zeexoferin reytinqi yüksəlir. Amma Merkelin azalan reytinqi ümumilikdə onun başçılıq etdiyi Xristian-Demokratlar Partiyasına olan dəstəyə təsir etməyib. Partiyaya dəstək 35 faiz həddindədir.
Həmçinin bu onu göstərmir ki, Merkel gələn il keçiriləcək seçkilərdə öz namizədliyini irəli sürməyə qərar verərsə, kansler vəzifəsində qalmayacaq. “Onun heç bir layiqli rəqibi yoxdur”, - bu ay Merkel haqqında kitabı çıxan yazıçı və jurnalist İnqrid Brekke deyib.
Ömər Dağlı
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı