Dünya
Əzraillə ölüm-dirim mübarizəsi aparan PREZİDENTİ TƏBRİK ETDİLƏR - FOTO
Özbəkistan prezidenti İslam Kərimov ölüm ayağındadır.
Hazırda xəstəxanada olan Kərimovun hətta öldüyünü iddia edənlər də
var. Bu xəbərləri təkzib edən hökumətin ümidverici açıqlama
verməməsi isə Kərimovun vəziyyətinin yaxşı olmadığını göstərir. Ən
maraqlısı isə ölüm ayağında olduğu deyilən prezidentə dünya
liderləri tərəfindən Özbəkistanın respublika günü münasibətləri ilə
təbriklərin göndərilməsidir.
Publika.az “Jahon” agentliyinə istinadən xəbər
verir ki, ABŞ prezidenti Barak Obama İslam Kərimova göndərdiyi
təbrik məktubunda Özbəkistanın müstəqilliyini və ərazi bütövlüyünü
dəstəklədiyini açıqlayıb.
Həmçinin, ABŞ və Özbəkistan arasındakı əməkdaşlığın inkişaf
etdirilməsində maraqlı olduqlarını vurğulayıb.
Çinin lideri Si Szinpin də Kərimova göndərdiyi təbrikdə onun
prezidentliyi dövründə Özbəkistanın çiçəkləndiyi qeyd olunur.
Həmçinin, özbək modelinin uğurundan söz açılır. Çin-Özbəkistan
münasibətlərinin səviyyəsindən məmnunluq bildirilir.
Təbrik göndərən liderlər arasında Almaniya, həmçinin, Birləşmiş
Ərəb Əmirləri, Polşa, Türkmənistan, Tacikistan, Əfqanıstan,
Belarus, Ukrayna və digər ölkələrin dövlət başçıları da
var.
Asif
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ