Dünya
ABŞ 2016-cı ildə 10 min suriyalı qaçqın qəbul edib
ABŞ 2016-cı ildə 10 min suriyalı qaçqını qəbul etməklə öz öhdəliyini yerinə yetirib. Ağ Ev hazırda Suriya böhranının həlli yolunda fəaliyyətlərini genişləndirəcəyini bəyan edib.
"Prezident və onun adminsitarsiyası adından Suriyadan və dünyanın digər ölkələrindən gələn hər bir kəsi salamlayıram"- deyə milli təhlükəsizlik məsələləri üzrə müşavir Suzan Rays bildirib.
Suriyanın 5 ildən artıqdır davam edən vətəndaş müharibəsi ölkədən kütləvi məcburi köçkün və qaçqın axınına səbəb olub. 5 milyondan artıq insan Türkiyə, Livan və İordaniyada sığınacaq tapıb.
Qaqçın qəbulu məsələsi Avropa ölkələrində debatlar mövzusuna çevrilib.
ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi deyib ki, Amerikanın müqayisədə daha az qaçqın qəbul etməsi hökumətin əlavə qaçqın qəbulunun reallaşdırılması üçündür.
"Biz eyni zamanda Suriya böhranının həllinə çalışırıq. Problemin həlli insanları qaçmağa vadar etməyəcək. Amerika və digər ölkələrə sığınanların evlərinə qayıtmaq imkanı olacaq " - deyə Kirbi bildirib.
BŞ 2016-cı ilin sonunadək dünya ölkələrindən 85 min qaçqına sığınacaq verməlidir. Bu göstəricinin 2017-ci ildə 100 min təşkil edəcəyi bildirilir. Lakin bunların nə qədərinin suriyalı olacağı bəlli deyil.
Ağ Evin sözçüsü Coş Ernestin bildirdiyinə görə, ABŞ Suriyada humanitar səylərinə sadiq qalır. O, milli təhlükəsizlik təhdidləri ilə bağlı tənqidçilərin narahtlıqlarından da danışıb.
"Bu insanların milli təhlükəsizliyimizə hədə törətmədiyindən əmin olmaq üçün ciddi yoxlanış aparılır. Bu yoxlanış hər bir qaçqına şamil edilir." Ernest bildirib.
Hüquqi məsələlər üzrə ekspertlərin dediyinə görə, Amerikanın 30 ştatının qubernatoru qaçqın qəbulundan imtina edib. Baxmayaraq ki, onların buna heç bir hüquqi haqqı yoxdur.
Sentyabr ayında Nyu-Yorkda BMT-nin Baş Assambleyasının illik sessiyasında qaşqın böhranı məsələsi gündəmə gətiriləcək.
Sammitə humanitar yardımların və qaçqınların yerləşdirilməsi imkanlarının artırılacağı ümidi ilə ABŞ prezidenti Barak Obama rəhbərlik edəcək.
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”