Sosial
Bu ərazilərə yeni avtobuslar veriləcək - Təhlükəsiz və keyfiyyətli
COP29-dan sonra paytaxtın bir sıra marşurt istiqamətlərində elektrik mühərrikli avtobusların istifadəsinə başlanılıb. Sərnişinlərin və marşurt sürücülərinin bir çoxu sözügedən avtobuslardan olduqca razıdır. Elektrikli avtobusların enerji sərfiyyatı da ənənəvi yanacaqla işləyənlərdən xeyli sərfəlidir.
Yaxın gələcəkdə Bakının digər istiqamətlərində və ölkənin digər yerlərində bu avtobusların kütləvi istismarı gözlənilirmi?
Publika.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, elektrikli avtobuslar bir sıra Avropa ölkələrində də geniş istifadə olunmaqdadır:
“Bu avtobuslar həqiqətən də keyfiyyətli və təhlükəsiz avtobuslardır. Həmin avtobuslar Çin istehsalıdır və təkcə ölkəmizdə deyil, Avropa İttifaqının bir sıra ölkələrinə idxal olunur. Hazırda bu ölkələrinin iri şəhərlərində bu avtobuslar ictimai nəqliyyatda istismar edilir. Bu özlüyündə həmin avtobusların hansı dərəcədə keyfiyyətli və təhhlükəsiz olmasından xəbər verir. Həm də burada avtobusların iqtisadi cəhətdən də əlverişliliyini qeyd etmək olar. Çünki onlar elektrik enerjisi ilə çalışırlar. Yanacağa xərclənən pulun çox az hissəsi lazım olan elektrik enerjisinə xərclənir”.
Ekspert qeyd edib ki, yaxın gələcəkdə ölkənin digər şəhərlərində də bu avtobusların istismarı gözlənilir:
“Bu avtobuslar hələ ki, ölkəmizə idxal olunur. Amma yaxın gələcəkdə bu avtobuslar ölkəmizdə istehsal olunacaq. İstehsal prosesi başlayandan sonra mərhələli şəkildə, paytaxt Bakıdan başlayaraq, ölkənin digər şəhərlərinin ictimai nəqliyyatında bu elektrik avtobusların istismar olunması arzuolunandır”.
-
Sosial15:03Əbülfəs Qarayevin qızı Məhsəti Gəncəvini əxlaqsız kimi təqdim etdi - Nazirlik qadağa qoydu
-
Magazin114:38Xalq artistindən İlhamə Quliyeva ilə bağlı ilginc açıqlama: Çox qəlblər qırırdı...
-
Qoroskop13:43Bütün bürclərə şad xəbər: Qarşıdakı 3 gün ərzində...
-
Region13:10Ermənistan ordusunda böyük problem: Çağırışçıların 67 faizi... - Nazir çözüm tapa bilmir
-
Sosial12:52Yeni mükafat: Qalibə 50 min manat veriləcək
-
Kriminal12:32Bakıda xanım direktor eşq yaşadığı fəhlə tərəfindən DÖYÜLDÜ
-
MDB12:01Zelenskayanın başı dərddə: Layihəsindəki 2 azyaşlı qız Türkiyədən hamilə qayıtdı
-
Sosial11:55Bu deputatların mandatı ləğv ediləcək







.jpg)




























