Roma Papası bir nömrəli düşmən elan edildi
Bizi izləyin

Dünya

Roma Papası bir nömrəli düşmən elan edildi

İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşması müraciətində Roma Papasını bir nömrəli düşmən adlandırıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, ekstremistlər onu inancsız hesab edir, homoseksualizmi müdafiədə günahlandırır və pontifikin islamçılarla dialoq cəhdini tənqid edirlər.

Bu, yaraqlıların Papa Fransiskə öz müraciətlərində açıqladıqları ilk nifrət deyil. Roma Papası əvvəllər də məhv ediləcəyi ilə hədələnib.

Katolik kilsəsinin rəhbərinin nümayəndəsi isə bəyan edib ki, Papa terrorçuların hədəsindən çəkinmir və inanclılarla əlaqəni onlara görə itirmək istəmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm