Putindən SON SÖZ: “Məsələ bağlanıb və...”
Bizi izləyin

Dünya

Putindən SON SÖZ: “Məsələ bağlanıb və...”

“Krımı məsələsi bizim üçün bağlanıb. Amma Minsk razılaşmaları tam həcmdə yerinə yetirilməlidir”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Vladivastokda keçirilən Şərq İqtisadi Forumunda Rusiya prezidenti Vladimir Putin deyib.

“Krım xalqı qərar qəbul edib. Məsələ bağlanıb. Ümumiyyətlə, əvvəlki sistemə qayıtmaq mümkün deyil”, - Putin bildirib.

O, həmçinin qeyd edib ki, Donbas münaqişəsinin nizama salınması üzrə Minsk razılaşmaları tam həcmdə yerinə yetirilməlidir: “Minsk razılaşmalarının icrasından başqa heç bir alternativ yoxdur. Kiyev Minsk razılaşmalarında əksini tapan qanunları qəbul etməyib. Razılaşmalar heç bir dəyişiklik olmadan yerinə yetirilməlidir. “Normandiya formatı”nın iştirakçıları buna birlikdə cəhd etməlidir. “Normandiya formatı”nın iştirakçıları və ABŞ Kiyev hakimiyyətinə real təsirə malikdirlər”.

Putinin sözlərinə görə, Ukrayna böhranı Rusiyanın ucbatından yaranmayıb: “Biz Ukraynada dövlət çevrilişini dəstəkləmədik və biz ölkə əhalisinin bir hissəsinin bu hərəkətlərə reaksiya verməyə təhrik etmədik. Vəziyyət ona gətirib çıxardı ki, Krım Rusiyanın tərkibində olmaq istədi. Donetsk və Luqansk çevrilişdən dərhal sonra bu ərazilərdə öz hakimiyyətini təmin etmək istəyən rejimə müqavimət göstərməyə başladı”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm