ABŞ ordusu üçün “gecə dəhşəti”: Rusiya... – VİDEO/FOTOLAR
Bizi izləyin

Dünya

ABŞ ordusu üçün “gecə dəhşəti”: Rusiya... – VİDEO/FOTOLAR

“EducationalDocumentary” Rusiyanın “Morinformsistema-Aqat” konserninin hazırladığı “Club-K” raket kompleksinin döyüş imkanlarını göstərən animasiya videoçarxını dərc edib.

Publika.az xəbər verir ki, 14 dəqiqə 12 saniyəlik videoçarxda raket kompleksinin ABŞ ordusu üçün yarada biləcəyi təhlükə göstərilib.

Adi konteynerlərdə yerləşdirilən raket kompleksi suüstü və yerüstü hədəflərin məhvi üçün nəzərdə tutulub. Kompleks müxtəlif sinifdən olan gəmilər, dəmir yolu və avtomobil platformalarında daşınır. “Club-K” “Kalibr” raket sisteminin modifikasiyasıdır.

Raket kompleksi ilk dəfə “MAKS-2011” silah sərgisində nümayiş etdirilib. Kompleksin sınaqları 22 avqust 2012-ci il keçirilib. Gəmi əleyhinə 3M-54KE, 3M-54KE1, X-35UE, yerüstü hədəflər üçün isə 3M-14KE, X-35UE raketləri tətbiq edilə bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm