Putin “Kalaşnikov”u muzeyə bənzətdi – VİDEO
Bizi izləyin

Dünya

Putin “Kalaşnikov”u muzeyə bənzətdi – VİDEO

Rusiya prezidenti Vladimir Putin İjevsk şəhərində yerləşən “Kalaşnikov” silah zavodunu ziyarət edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ziyarət zamanı V.Putin zavodda yeni istehsal edilən müasir silahların hazırlanması prosesi ilə də yaxından tanış olub.

Tanışlıq zamanı V.Putin deyib ki, “Kalaşnikov” zavodu Rusiyanın modern sənət muzeyidir. Onun sözlərinə görə, bu zavodun içərisində olanlar da xarici görünüşdə olduğu kimi çox zəhmlidir:

“Bu zavoda 3 milyard rubl (500 milyon dollara yaxın – müəllif) yatırım vəsaiti qoyulub ki, bu da zavodun nəhəng olmasına dəlalət edir. Rusiya dövləti bundan sonra da bu zavoda yatırım qoymaqda davam edəcək. Burada çalışanlar da ilk növbədə öz təhlükəsizliyini düşünməlidir. Çünki onların hər birinin ailəsi var”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm